Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi müvəqqəti endirilib (FOTO)

Cəmiyyət Xəbər 2 Oktyabr 2026 23:55 (UTC +04:00)
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi müvəqqəti endirilib (FOTO)

Bakı. Trend:

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi müvəqqəti endirilib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

"Sürücülərin diqqətinə! Yağış səbəbindən bu yolda sürət həddi müvəqqəti endirildi.

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - deyə məlumatda bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti