Türkiyənin qərbində mədənin çökməsi nəticəsində beş nəfər həlak olub

Dünya xəbərləri Xəbər 2 Oktyabr 2026 23:29 (UTC +04:00)
Türkiyənin qərbində mədənin çökməsi nəticəsində beş nəfər həlak olub

Bakı. Trend:

Türkiyənin qərbində, Manisa vilayətinin Soma rayonunda təmir və yenidənqurma işləri aparılan zaman kömür mədəninin çökməsi nəticəsində beş nəfər həlak olub.

Yerli qubernatorluq bu gün daha üç mədənçinin cəsədinin tapılmasından sonra bu barədə X sosial şəbəkəsində məlumat yayıb: “Soma rayonunda mədənin çökməsindən sonra aparılan axtarış-xilasetmə işləri başa çatıb və dağıntılar altında qalan üç mədənçinin cəsədi tapılıb”.

Hadisə oktyabrın 1-də baş verib. Mədənin çökməsi nəticəsində yeddi mədənçi dağıntılar altında qalıb. Xilasedicilər onlardan yalnız ikisini sağ çıxara bilib və həmin şəxslər xəstəxanaya yerləşdirilib. Daha iki mədənçinin cəsədi isə daha əvvəl xilasedicilər tərəfindən çıxarılıb. Ədliyyə naziri Akın Gürlek araşdırma başlanılması barədə göstəriş verib.

Manisa şəhər valisi Vahdəttin Özkan mədən qəzasından yaralı vəziyyətdə xilas edilən İbrahim Çiməni xəstəxanada ziyarət edərək onun səhhəti barədə aidiyyəti şəxslərdən məlumat alıb. Müalicəsindən sonra xəstəxanadan evə buraxılan Süleyman Şakraka isə evində baş çəkib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti