Avstraliyada sürücü avtomobili azarkeş izdihamının üzərinə sürüb - yaralılar var

Dünya xəbərləri Xəbər 3 Oktyabr 2026 10:34 (UTC +04:00)
Avstraliyada sürücü avtomobili azarkeş izdihamının üzərinə sürüb - yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avstraliyanın Nyukasl şəhərinin kənarında bir sürücü qəsdli şəkildə avtomobili “Newcastle Knights” reqbi klubunun azarkeşlərinin üzərinə sürüb. Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

"ABC"nin məlumatına görə, bu barədə yerli polis idarəsi məlumat yayıb.

“Bir neçə nəfər xəsarət alıb”, - deyə qurumun açıqlamasından sitat gətirən ABC telekanalı bildirib. Qeyd olunub ki, xəsarət alanlara hadisə yerində tibbi yardım göstərilib.

Hadisəyə səbəb olan avtomobilin sürücüsü saxlanılıb. İlkin məlumata görə, insident yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 03:30) baş verib. Hadisə yerinə təxminən 10 təcili tibbi yardım maşını və üç tibbi helikopter cəlb olunub.

Polis hadisə ilə bağlı araşdırma aparır. Avtomobil sürücüsünün motivləri açıqlanmır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti