Azərbaycan neft qiymətlərinin həftəlik icmalı

İqtisadiyyat İcmal 3 Oktyabr 2026 16:24 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik icmalı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə (28 sentyabr - 2 oktyabr tarixlərində) Azeri Light (CIF), Dated Brent və Urals markalı neftin orta qiymətləri artıb, Azeri Light (FOB Ceyhan) markalı neftin orta qiyməti isə azalıb.

Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanın Azəri-Çıraq-Günəşli yatağında hasil edilən Azeri Light (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,67 ABŞ dolları və ya 0,6 faiz artaraq bir barel üçün 121,75 dollar təşkil edib.

Məlumata görə, həftə ərzində bu markalı xam neftin maksimum qiyməti bir barel üçün 124,76 dollar, minimum qiyməti isə 118,22 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazisində Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 114,30 dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,08 dollar və ya 0,1 faiz aşağıdır. Həftə ərzində maksimum qiymət bir barel üçün 117,33 dollar, minimum qiymət isə 111,45 dollar olub.

Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,2 dollar və ya 1,5 faiz artaraq bir barel üçün 84,22 dollar təşkil edib. Həftə ərzində maksimum qiymət 87,22 dollar, minimum qiymət isə 80,89 dollar olub.

Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 123,52 dollar təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 2,87 dollar və ya 2,4 faiz çoxdur. Həftə ərzində bir barelin maksimum qiyməti 127,11 dollar, minimum qiyməti isə 119,09 dollar olub.

Neft / tarix

28.09.2026

29.09.2026

30.09.2026

01.10.2026

02.10.2026

Orta qiymət

Azeri LT CIF

$122.49

$118.22

$119.26

$124.76

$124.01

$121.75

Azeri Light FOB Ceyhan

$115.68

$111.45

$112.29

$117.33

$114. 74

$114.30

Urals (EX NOVO)

$85.54

$80.89

$81.58

$87.22

$85.85

$84.22

Dated Brent

$124.02

$119.09

$120.44

$127.11

$126.96

$123.52

Məqalədə:

Xəbər lenti

Xəbər lenti