Bakı. Trend:
Azərbaycan Dəmir Yolları görmə məsafəsinin məhdudlaşa və yer səthinin sürüşkən ola biləcəyini nəzərə alaraq sərnişinləri platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırıb.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumatda qeyd edilib.
Bildirilib ki, hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
"Ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinə baxmayaraq, qatarlar qrafik üzrə hərəkətini davam etdirir. Hazırda əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir".
