Bakı.Trend:
Pakistan quru sərhədlərin qorunması, həmçinin dron və raketlərin qarşısının alınması məqsədilə Səudiyyə Ərəbistanına 30-40 min hərbçi göndərib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, hərbçilər ötən ildən başlayaraq, o cümlədən son eskalasiyadan sonra bir neçə qrup halında Səudiyyə Ərəbistanına göndərilib. Bununla belə, İslamabad hələlik döyüş əməliyyatlarında iştirak etmək üçün Yəmənə qoşun göndərilməsi barədə qərar qəbul etməyib.
Pakistan Müdafiə Nazirliyi Ər-Riyada göstərilən hərbi dəstəklə bağlı "Reuters"in sorğusuna şərh verməyib.
