ABŞ-də göyərtəsində altı nəfərin olduğu təyyarə radarlardan itib

Dünya xəbərləri Xəbər 3 Oktyabr 2026 21:41 (UTC +04:00)
ABŞ-də göyərtəsində altı nəfərin olduğu təyyarə radarlardan itib

Bakı. Trend:

ABŞ Sahil Mühafizəsi Nantaket adası sahillərində göyərtəsində altı nəfərin olduğu təyyarəni axtarır.

Bu barədə ABŞ Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

“ABŞ Sahil Mühafizəsi göyərtəsində altı nəfərin olduğu Gulfstream təyyarəsini axtarır. ABŞ Federal Aviasiya Administrasiyası şənbə günü səhər saatlarında hava gəmisi ilə əlaqənin kəsildiyini bildirib. Axtarışlar "Nantaket" sahillərində aparılır”, – deyə bildirilib.

Qeyd olunub ki, təyyarə Bermud adalarından Bostona uçurdu.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti