Konqo Demokratik Respublikasında "Ebola" epidemiyasının pik həddi keçib

Dünya xəbərləri Xəbər 3 Oktyabr 2026 23:37 (UTC +04:00)
Konqo Demokratik Respublikasında "Ebola" epidemiyasının pik həddi keçib

Bakı. Trend:

Konqo Demokratik Respublikasında (KDR) "Ebola" qızdırmasının yayılmasının pik həddi keçib.

Bunu KDR-nin səhiyyə naziri Samuel Roje Kamba ölkənin paytaxtı Kinşasada keçirilən mətbuat konfransında bildirib.

“Epidemiyanın pik həddi artıq geridə qalıb. Epidemiya artıq nəzarətimizdən çıxmır. Əvvəllər biz yalnız onun gedişatını izləyirdiksə, indi qabaqlayıcı tədbirlər görürük”, – deyə o bildirib.

Səhiyyə nazirinin sözlərinə görə, Ebola xəstələrinin aşkarlandığı 63 tibbi zonadan 19-da ən azı üç həftədir ki, yeni yoluxma halları qeydə alınmır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti