İspaniya millisi Çexiyanı məğlub edərək rekordunu yeniləyib

İdman Xəbər 4 Oktyabr 2026 00:53 (UTC +04:00)
İspaniya millisi Çexiyanı məğlub edərək rekordunu yeniləyib

Bakı. Trend:

İspaniya futbol millisi Millətlər Liqasının ikinci turunun oyununda Çexiya yığmasını 3:1 hesabı ilə məğlub edib. Görüş Ovyedoda keçirilib.

Qalib komandanın heyətində Lamin Yamal (6-cı dəqiqə), Rodri (35) və Mikel Merino (89) fərqləniblər. Çexiya millisinin heyətində isə İrji Slama (69) qol vurub. Qarşılaşmanın 85-ci dəqiqəsində çexiyalı futbolçu Ladislav Kreyçi meydandan qovulub.

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyası üzrə öz rekordunu yeniləyib. Hazırda bu seriya 41 matçdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti