Yəmən Hərbi Hava Qüvvələri Sənada iki Husi raket qurğusunu məhv edib

Dünya xəbərləri Xəbər 3 Oktyabr 2026 22:47 (UTC +04:00)
Yəmən Hərbi Hava Qüvvələri Sənada iki Husi raket qurğusunu məhv edib

Bakı. Trend:

Yəmən Hərbi Hava Qüvvələri ölkənin paytaxtı Sənada “Ənsar Allah” hərəkatının üsyançı husilərin mövqelərinə zərbələr endirib və nəticədə iki ballistik raket buraxılış qurğusu məhv edilib.

Bu barədə Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, hava zərbələri nəticəsində Nukum dağı ərazisində raket sistemləri üzrə mütəxəssis Rabiya Cəlal Əbu Turab öldürülüb.

Qeyd olunub ki, bu hücum hökumət qüvvələrinin silah anbarlarının məhv edilməsinə və husilərin raket potensialının zəiflədilməsinə yönəlmiş genişmiqyaslı kampaniyasının bir hissəsi olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti