İranın şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Parlament sədri

Dünya xəbərləri Xəbər 4 Oktyabr 2026 10:37 (UTC +04:00)
İranın şərtləri qəbul edilməyincə Hörmüz boğazı açılmayacaq - Parlament sədri
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın İslamabad anlaşma memorandumuna əsasən irəli sürdüyü 7 şərt qəbul olunmayınca, Hörmüz boğazı açılmayacaq.

İran Parlamentinin informasiya portalının məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentin plenar iclasında deyib.

“İran bu mövqeyini tam şəffaf və qəti şəkildə bəyan edib. Qarşı tərəf (ABŞ) birtərəfli tələbləri diktə etmək dövrünün artıq başa çatdığını anlamalıdır”, -deyə o qeyd edib.

Qalibaf bildirib ki, İran məntiqli şəkildə nə həyəcanlanır, nə qorxur. Lazım olduğunda döyüşür və lazım olduğunda müzakirə aparır. Var-gücü ilə döyüş meydanında iştirak edə və qarşı tərəfi yeni sürprizlərlə qarşılaşdıra bilər. Eyni zamanda döyüş meydanında öz gücünü təsbit etmək və İranın haqqını qəbul etdirmək üçün diplomatiya vasitəsindən istifadə edir.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti