Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Dünya xəbərləri Xəbər 4 Oktyabr 2026 02:05 (UTC +04:00)
Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Bakı. Trend:

Braziliyada ümumi seçkilərin birinci turu keçiriləcək.

Səsvermənin nəticələrinə əsasən, yalnız növbəti dörd il üçün ölkənin gələcək prezidenti deyil, həmçinin ştatların və Federal Dairənin qubernatorları müəyyənləşəcək, Deputatlar Palatasının tərkibi tam yenilənəcək, Federal Senatın isə tərkibinin üçdə biri dəyişəcək. Bundan əlavə, regional qanunverici məclislərə deputatlar seçiləcək.

Braziliyada prezident, qubernatorlar və senatorlar majoritar sistem üzrə, federal və regional deputatlar isə proporsional sistem üzrə seçilirlər. İcra hakimiyyəti orqanlarında vəzifələrə namizədlərdən heç biri birinci turda səslərin mütləq çoxluğunu toplaya bilməsə, oktyabrın 25-də seçkilərin ikinci turu keçiriləcək.

Xəbər lenti

Xəbər lenti