Bakı. Trend:
Ağ Evin süni intellekt (Sİ) üzrə yeni işçi qrupu dörd ay ərzində bu texnologiyanın riskləri və imkanları barədə hesabat hazırlayacaq, həmçinin federal hökumətin bu sahədə məsuliyyətini müəyyənləşdirəcək.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
ABŞ Milli Kəşfiyyat direktoru, Superintellekt Qüvvələrinə rəhbərlik edən Cey Kleyton nəşrə bildirib: “[ABŞ Prezidenti Donald Tramp] bizim superintellekt sahəsində lider olaraq qalmağımızı və Amerika vətəndaşlarının maraqlarının hər şeydən üstün olmasını təmin edəcək qrupun yaradılmasını tapşırıb”.
WSJ-nin Ağ Evdəki mənbəsinin sözlərinə görə, bu, faktiki olaraq Kleytonun ölkədə süni intellektin inkişafına cavabdeh şəxs olacağı deməkdir. Qeyd olunur ki, işçi qrup mümkün risklərə ilk növbədə Sİ sənayesi nümayəndələrinin özlərinin nəzarət etməli olduğu prinsipindən çıxış edəcək.
“Digər sənaye sahələrində olduğu kimi, dialoq çərçivəsində bunun üçün mexanizmlərin hazırlanacağını gözləyirəm”, – deyə Kleyton bildirib. O əlavə edib ki, rəhbərlik etdiyi işçi qrup qanunvericiliyi araşdıracaq və ABŞ Konqresinin görə biləcəyi tədbirləri müzakirə edəcək.