İran NPT üzvüdürsə, onun imkanlarından istifadə edə bilməlidir – Bəqai

Dünya xəbərləri Xəbər 4 Oktyabr 2026 13:47 (UTC +04:00)
İran NPT üzvüdürsə, onun imkanlarından istifadə edə bilməlidir – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvüdürsə, onun imkanlarından faydalana bilməlidir.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

“İran 1970-ci ildən Nüvə Silahlarının Yayılmamasına dair Sazişin üzv olaraq öz öhdəliklərinə tam şəkildə sadiq qaldığı halda, alimləri öldürülüb, nüvə obyektləri hücuma məruz qalıb. Bu isə ciddi bir sualdır”, -deyə o qeyd edib.

Bəqai bildirib ki, bir ölkə NPT-də üzvdürsə, təzyiq, hərbi hücum, təhdid qarşısında qalmaq əvəzinə, onun imkanlarından istifadə edə bilməli, öz hüququndan faydalanmalıdır.

Bəqai deyib ki, bir qayda olaraq İran Xarici İşlər Nazirliyi ölkənin aidiyyəti qurumlarının qərarlarına tabedir. İran hazırda Nüvə Silahlarının Yayılmamasına dair Sazişin üzvüdür. Bu sazişin üzv olduğuna görə, öz öhdəliklərinin nə olduğunu bilir.

Qeyd edək ki, son vaxtlar İran parlamentinin sədr müavini Əli Nikzad bildirib ki, İran parlamentinin aidiyyəti komitəsində İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən çıxması məsələsi araşdırılır. Digər tərəfdən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi də bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bir sıra addımları ölkələri Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən çıxarmağa yönəldə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti