Bakı. Trend:
İran ölkə əleyhinə sanksiyaların azaldılması qarşılığında Atom Enerjisi üzrə Beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərini yoxlamaq icazəsi ilə bağlı hər hansı təklif irəli sürməyib.
Bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
“Ümumiyyətlə İran tərəfindən hər hansı bu formada təklif olmayıb. İran sanksiyalar və nüvə məsələsi qarşılığında hər hansı məsələni irəli sürməyib. Ümumiyyətlə İran tərəfi nüvə məsələsinə daxil olmayıb”, -deyə o qeyd edib.
Bəqai bildirib ki, İran öz şərtlərini qarşı tərəfə elan edib. Bu şərtlər “7 günlük layihə” adlı plan çərçivəsində vasitəçilərə əks etdirilib. Qətər tərəfi də onu ABŞ tərəfinə çatdırıb.
Qeyd edək ki, ötən ilin iyun ayında ABŞ və İsrail İranın bir sıra nüvə obyektlərini hərbi hava hücumları nəticəsində vurub. İran həmin vaxtdan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin ölkəyə girişini məhdudlaşdırıb. Sadəcə Buşehr Atom Elektrik Stansiyasında bir sıra əməliyyatlar zamanı müfəttişlərin girişinə icazə verilib. İran nüvə obyektlərində təhlükəsizliyin təmin olunmadığını və digər tərəfdən AEBA-nın İranın nüvə obyektlərinə hücumunu qınamadığını əsas gətirərək müfəttişlərin ölkəyə girişinə icazə vermir.
