Bosniya və Herseqovina seçkilərində Dodik partiyasının qələbə qazandığını elan edib

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 10:44 (UTC +04:00)
Bosniya və Herseqovina seçkilərində Dodik partiyasının qələbə qazandığını elan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Oktyabrın 4-də Bosniya və Herseqovinada ümumi seçkiləri keçirilib.

Bu barədə "İnterfaks" məlumat yayıb.

Axşam saatlarında serb millətçi-sağçı partiyası olan “Müstəqil Sosial Demokratlar İttifaqı”nın lideri Milorad Dodik öz namizədlərinin qalib gəldiyini açıqlayıb. O, Savo Miniçin Serb Respublikasının prezidenti, Jeljka Cviyanoviçin isə ölkə prezidentliyinin serb üzvü seçkilərində qalib gəldiyini bildirib.

“Donald Trampın möhtəşəm qələbəsi olmasaydı və o, Baydenin mənfur strukturunu devirməsəydi, yəqin ki, bu gün siyasi baxımdan ölü vəziyyətdə olardıq. Lakin yeni şərait sayəsində indi siyasi qaliblər bizik”, – Dodik deyib.

O, həmçinin sentyabrın 29-da görüşdüyü Rusiya Prezidenti Vladimir Putinin seçkilərdə uğurlar arzulamasına görə ona təşəkkür edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti