Netanyahu xarici aviasiya üçün təhlükəsizlik inspektorunun təyin olunmasını tapşırıb

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 01:50 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu “Flydubai” aviaşirkətinin təyyarəsində baş verən insidentdən sonra İsrail Milli Təhlükəsizlik Şurasının (MTŞ) rəhbəri Şmuel Ben-Ezraya İsrailə uçuşlar həyata keçirən xarici aviaşirkətlər üzrə təhlükəsizlik məsələləri ilə məşğul olacaq inspektor təyin etmək barədə göstəriş verib. Bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Netanyahu Milli Təhlükəsizlik Şurasının rəhbərinə İsrailə uçuşlar həyata keçirən xarici mülki aviasiyanın təhlükəsizliyinin bütün aspektlərinin hərtərəfli yoxlanılmasını həyata keçirəcək inspektor təyin etməyi tapşırıb”, - deyə açıqlamada bildirilir.

Sentyabrın 30-da Baş nazirin ofisindən TASS-ın müxbirinə bildirilib ki, Netanyahu İsrailə uçan bütün reyslərdə, o cümlədən xarici aviaşirkətlərin reyslərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.

Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” reysi təhlükəsizlik insidenti səbəbindən Səudiyyə Ərəbistanının Tabuk şəhərinin hava limanına məcburi eniş edib. Oktyabrın 1-də Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi təsdiqləyib ki, insidentə səbəb ikinci pilotun təyyarə komandirinə hücumu olub və nəticədə hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb. Nazirlik dəqiqləşdirib ki, səhhətləri yaxşılaşdıqdan sonra hər iki pilot Əmirliklərin təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Əbu-Dabiyə uçub, ekipajın digər altı üzvü isə daha əvvəl Dubaya təhlükəsiz şəkildə qayıdıb. Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları hadisənin səbəblərini və şəraitini, o cümlədən istismar məsələlərini və təhlükəsizlik tədbirlərini araşdırmaqda davam edir.

Xəbər lenti

Xəbər lenti