ABŞ Karib dənizində narkotik daşımaqda şübhəli bilinən katerə zərbə endirib

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 08:33 (UTC +04:00)
ABŞ Karib dənizində narkotik daşımaqda şübhəli bilinən katerə zərbə endirib

Bakı. Trend:

ABŞ hərbçiləri oktyabrın 4-də Karib dənizində sürətli katerə zərbə endirib. ABŞ tərəfinin iddiasına görə, kater narkotiklərin qanunsuz daşınması üçün istifadə olunub. Hücum nəticəsində dörd nəfər həlak olub.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

“Oktyabrın 4-də ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbərliyi ilə Qərb yarımkürəsində fəaliyyət göstərən birgə əməliyyat qrupu Karib dənizində narkotiklərin daşınması üçün müəyyən edilmiş marşrutlar boyunca hərəkət edən sürətli gəmiyə ölümcül kinetik zərbə endirib. Təsdiqlənmiş kəşfiyyat məlumatları gəminin narkotik alverində fəal iştirak etdiyini müəyyən edib. Əməliyyat nəticəsində dörd narkoterrorçu məhv edilib”, – deyə komandanlığın bəyanatında qeyd olunur.

ABŞ KİV-i bildirir ki, 2025-ci ilin payızında hərbi əməliyyatın başlamasından etibarən ABŞ Silahlı Qüvvələrinin narkotik alveri ilə əlaqəli olduğu ehtimal edilən katerlərə endirdiyi zərbələr nəticəsində 230-dan çox insan həlak olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti