İranın neft naziri Möhsün Paknejad istefa verib

Dünya xəbərləri Xəbər 4 Oktyabr 2026 23:59 (UTC +04:00)
İranın neft naziri Möhsün Paknejad istefa verib
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

İranın neft naziri Möhsün Paknejad bu gün istefa verib.

Bu barədə İran Prezident Aparatı rəhbərinin kommunikasiya və informasiya məsələləri üzrə müavini Seyid Mehdi Təbətəbai sosial şəbəkə X-dəki səhifəsində məlumat verib.

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian Həmid Bovardı neft nazirinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin edib.

Təbətəbai bildirib ki, Pezeşkian Paknejadın istefasını qəbul edib və Bovardın neft nazirinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs təyin olunması barədə sərəncam verib.

Həmin nümayəndənin sonrakı açıqlamasına görə, Paknejad daha əvvəl şəxsi səbəblərdən istefa vermək xahişi ilə müraciət edib.

Daha əvvəl neft nazirinin müavini və İran Milli Neft Şirkətinin (NIOC) baş direktoru vəzifələrində çalışmış Bovard İran Konstitusiyasının 135-ci maddəsinə uyğun olaraq nazirliyə müvəqqəti əsaslarla rəhbərlik edəcək.

Paknejad 2024-cü ilin avqustundan, parlament tərəfindən 222 səslə təsdiqləndikdən sonra, neft naziri vəzifəsini tuturdu.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti