Bolsonaro və Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turuna çıxıblar

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 04:21 (UTC +04:00)
Bolsonaro və Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turuna çıxıblar
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Liberal Partiyasının namizədi, senator Flavio Bolsonaro və hazırkı prezident Luis İnasio Lula da Silva rəsmi olaraq dövlət başçısı seçkilərinin ikinci turuna çıxıblar.

Braziliyanın Mərkəzi Seçki Komissiyasının funksiyalarını yerinə yetirən Ali Seçki Məhkəməsi protokolların 97,36 faizinin işlənməsinin nəticələrinə əsasən onların ikinci tura çıxdığını təsdiqləyib.

Ölkənin seçki sisteminin məlumatlarına görə, seçkilərin nəticəsi artıq riyazi olaraq müəyyənləşib. Senator Flavio Bolsonaro 47,42 faiz (55 038 846 səs) nəticə ilə birinci yerdədir, Lula da Silva isə 44,70 faiz (51 886 308 səs) toplayıb.

Namizədlərdən heç biri səslərin 50 faizindən çoxunu toplaya bilmədiyi üçün qalib oktyabrın 25-nə təyin edilmiş ikinci turda müəyyənləşəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti