İlin sonunadək 100 ümumi təhsil müəssisəsi adambaşı maliyyələşmə sisteminə keçəcək (ÖZƏL)

Cəmiyyət Xəbər 5 Oktyabr 2026 10:00 (UTC +04:00)
İlin sonunadək 100 ümumi təhsil müəssisəsi adambaşı maliyyələşmə sisteminə keçəcək (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövrün sonunadək 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi əsas hədəf kimi müyyən edilib.

"Bununla yanaşı, "Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2026-cı il tarixli Fərmanına (bundan sonra - Fərman) əsasən, dövlət ümumi təhsil müəssisələrinin (bundan sonra – məktəb) maliyyələşdirilməsi 2026-2027-ci tədris ilindən başlayaraq mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.

Yeni yanaşmanın əsas məqsədi ayrılan dövlət vəsaiti ilə məktəbdə yaradılan təhsil imkanları arasında məqsədyönlü əlaqə qurmaq və nəticə etibarilə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır. Bu yanaşmada maliyyələşmənin mərkəzində şagird və onun təhsil ehtiyacları dayanır. Bu məqsədlə cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində mexanizmin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb",- deyə bildirilib.

Xatırladaq ki, Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq. Bununla bağlı Prezident İlham Əliyev "Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Fərman imzalayıb. Fərmana əsasən, adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti