Tibbi müayinələrdə süni intellektdən istifadə planlaşdırılır - Dövlət Xidməti

Cəmiyyət Faktlar 5 Oktyabr 2026 11:34 (UTC +04:00)
Tibbi müayinələrdə süni intellektdən istifadə planlaşdırılır - Dövlət Xidməti
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı laborator və digər diaqnostik müayinələrin nəticələrinin süni intellekt vasitəsilə avtomatik təhlilini nəzərdə tutur.

Bu barədə Dövlət Xidmətinin 2026-cı ilin 9 ayına dair açıqladığı məlumatda bildirilib.

Süni intellektə əsaslanan qərar-dəstək sistemi müayinə nəticələrini müvafiq normativ göstəricilərlə müqayisə edəcək. Sistem bir neçə göstəricini birlikdə təhlil edərək müəyyən xəstəliklərin əlaməti ola biləcək kombinasiyaları da aşkarlayacaq.

Bildirilib ki, bu yanaşma yorğunluq, diqqətdən yayınma və çoxsaylı göstəricilər arasındakı əlaqələrin nəzərdən qaçırılması kimi insan amilindən qaynaqlanan səhvlərin qarşısını almağa kömək edəcək.

Sistem yekun rəy verməyəcək. Aşkarlanan potensial risklər və müayinə nəticələrindəki normadan kənarlaşmalar həkim-ekspertin diqqətinə çatdırılacaq. Son qərar isə hərbi-həkim komissiyası tərəfindən qəbul olunacaq.

Hazırda proses aidiyyəti qurumlarla müzakirə və test mərhələsindədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti