Bakı.Trend:
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel ə kantri müğənnisi Aleksis Uilkins rəsmi nikaha daxil olub.
Bu barədə Uilkins "X" sosial şəbəkəsində paylaşım edib.
“Əlaqəmizi rəsmiləşdirdik”, – deyə o, Patel ilə birgə fotosunu paylaşıb.
Patel Uilkinsin paylaşımına ürək və üzük simvolları ilə cavab verib.
Cütlük 2023-cü ilin yanvarından münasibətdədir. Onların arasında yaş fərqi 18 ildir. Uilkins 1998-ci ildə Bostonda anadan olub və uşaqlıqda seriallarda çəkilib. Patel isə 1980-ci ildə hindistanlı mühacir ailəsində dünyaya gəlib.
