Bakı.Trend:
Norveç hökuməti bir sıra ictimai yerlərdə süni intellektlə (Sİ) təchiz edilmiş eynəklərdən istifadəyə müvəqqəti qadağa tətbiq edəcək.
Bu barədə bazar ertəsi ölkənin NRK ictimai yayım şirkəti məlumat yayıb.
“Yeni və güclü texnologiyaların bundan xəbərsiz olan insanların fotoşəkillərinin çəkilməsi, görüntülərinin və ya səslərinin qeydə alınması riskini yaratmasından narahatam. Buna görə də müəyyən yerlərdə süni intellektlə təchiz edilmiş eynəklərin taxılmasına müvəqqəti qadağa tətbiq edəcəyik”, - deyə rəqəmsallaşma və idarəetmə naziri Torqeyr Mikaelsen bildirib.
Hökumət süni intellektlə təchiz edilmiş eynəklərin daimi milli tənzimlənməsi ilə bağlı məsləhətlər vermək üçün ekspert qrupu yaradacaq.
NRK-nın məlumatına görə, belə eynəklərin taxılmasına qadağa parklara, çimərliklərə, muzeylərə, ticarət mərkəzlərinə və əyləncə parklarına, uşaq müəssisələri və tədbirlərinə, habelə soyunub-geyinmə otaqları və duşları olan sağlamlıq müəssisələri və tədris mərkəzlərinə şamil ediləcək.
