Məhkəmənin qərarını icra etməyənlərlə bağlı yeni QAYDA

Cəmiyyət Sənəd 5 Oktyabr 2026 11:01 (UTC +04:00)
Məhkəmənin qərarını icra etməyənlərlə bağlı yeni QAYDA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Məhkəmənin qərarını icra etməmə əməlinin törədilməsinə görə cinayət-hüquqi tədbirlər tətbiq ediləcək.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlinin törədilməsinə görə cinayət-hüquqi tədbirlər məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası bilavasitə hüquqi şəxsin üzərinə qoyulduqda tətbiq ediləcək.

Məhkəmənin qərarını və yaxud digər aktını icra etməmə

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməyə dair sanksiyalar nəzərdə tutulub.

Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Yuxarıda nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti