İspaniyada növbədənkənar seçkilər elan edilib

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 11:53 (UTC +04:00)
İspaniyada növbədənkənar seçkilər elan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyanın Baş naziri Pedro Sançes noyabrın 29-da ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini elan edib.

"Reuters"in məlumatına görə, bu barədə İspaniya lideri keçirdiyi mətbuat konfransında bildirib.

“Bu səhər Nazirlər Şurasının növbədənkənar iclasını çağırmaq, Baş Kortesləri (İspaniya parlamenti – red.) buraxmaq və qanunla müəyyən edilmiş müddətlərə uyğun olaraq noyabrın 29-da, bazar günü keçiriləcək ümumi seçkiləri təyin etmək qərarına gəldim”, – deyə o bildirib.

Daha əvvəl İspaniyanın muxtar şəhəri Seutaya səfər edən Pedro Sançesi şəhər sakinləri istefa tələbləri ilə qarşılamışdılar. Baş nazirin Seutaya səfəri İspaniya-Mərakeş sərhədinin yaşanan qanunsuz miqrasiya böhranı fonunda baş tutmuşdu.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti