Bakı.Trend:
Rusiyada Krasnodar şəhərinin meri Yevgeni Naumov istefa verib.
Bu barədə şəhər Dumasının deputatı Aleksandr Safronov "Telegram" kanalında məlumat verib.
Safronov bildirib ki, Naumovun fəaliyyəti dövründə onunla bağlı çoxsaylı iradlar yaranıb. Onun sözlərinə görə, xüsusilə Krasnodar administrasiyası bu il qarın təmizlənməsi və daşqınların aradan qaldırılması işlərinin öhdəsindən gələ bilməyib.
Naumovun istefasından sonra Krasnodar meri vəzifəsini şəhərin birinci vitse-meri Dmitri Vasilyev tutacaq.
