İranda silahlı qarşıdurmada 2 polis öldürülüb

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 10:55 (UTC +04:00)
İranda silahlı qarşıdurmada 2 polis öldürülüb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bir saat öncə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Bəmpur rayonunda silahlı qarşıdurma nəticəsində 2 polis əməkdaşı öldürülüb və 1 polis yaralanıb.

Bununla əlaqədar İranın Sistan və Bəluçestan vilayəti polis idarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Bəmpur-İranşəhr rayonları arasında reyd keçirən polis əməkdaşlarına qarşı naməlum silahlılar odlu silahlardan atəş açıblar. Hadisə nəticəsində 1 serjant-mayor, 1 çavuş ölüb, 1 polis əməkdaşı isə yaralanıb. Naməlum silahlılar hadisə yerindən qaçıblar.

Naməlum silahlıların tapılması üçün axtarış-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, İranın Sistan və Bəluçestan vilayətində müxtəlif zaman kəsiyində silahlı insidentlər qeydə alınır. Bu vilayətdə Ceyşül-Ədl qruplaşması ara-sıra aktlar həyata keçirir.

Əlavə edək ki, İranda bu həftə “Hüquq-Mühafizə Qüvvələri” həftəsi adlandırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti