Azərbaycan - Litva oyunu başladı - UEFA Millətlər Liqası

İdman Xəbər 4 Oktyabr 2026 17:16 (UTC +04:00)
Azərbaycan - Litva oyunu başladı - UEFA Millətlər Liqası

Bakı. Trend:

Futbol üzrə UEFA Millətlər Liqasında D2 qrupunda növbəti oyun başladı.

Azərbaycan yığması 8-ci km stadionunda Litva millisini qəbul edir.

Komandalar cari turnirdə artıq bir dəfə üz-üzə gəliblər. Sentyabrın 27-də Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisi oktyabrın 1-də isə Lixtenşteynlə Bakıda qolsuz heç-heçə edib.

Litva ilk turda Lixtenşteyn üzərində 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində son oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

Xəbər lenti

Xəbər lenti