Fransa millisi Belçika komandasını məğlub edib - Millətlər Liqası

İdman Xəbər 6 Oktyabr 2026 01:03 (UTC +04:00)
Fransa millisi Belçika komandasını məğlub edib - Millətlər Liqası

Bakı. Trend:

Fransa futbol üzrə milli komandası Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunun ev oyununda Belçika yığmasını 4:1 hesabı ilə məğlub edib.

Qalib komandanın heyətində Dəzire Due (77-ci dəqiqə), Rayan Şerki (81) və Maykl Olise (88 və 90+1) fərqlənib. Belçika millisinin heyətində isə Dodi Lukebakio (35) qol vurub.

Fransa yığması 10 xal toplayaraq ən güclü divizionun 1-ci qrupunda turnir cədvəlinə başçılıq edir. 6 xalı olan Belçika üçüncü pillədə qərarlaşıb. Qrupun digər oyununda İtaliya yığması Türkiyə komandasını 3:1 hesabı ilə məğlub edib. İtaliya 7 xalla ikinci yerdədir, Türkiyə isə xalsız sonuncu pillədə qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti