NATO dron və süni intellektin tətbiqinə əsaslanan müdafiə planı hazırlayıb

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 15:31 (UTC +04:00)
NATO dron və süni intellektin tətbiqinə əsaslanan müdafiə planı hazırlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

NATO-nun hərbi komandanlığı şərq cinahında dronlardan və süni intellektdən istifadə etməklə yeni “müdafiə” planı hazırlayıb.

Bu barədə "Bloomberg" agentliyi sənədə istinadən məlumat yayıb.

Nəşrin tanış olduğu plan “Qələbə nəzəriyyəsi” adlanır. Sənəd oktyabrın 12-də NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçə təqdim olunacaq. Agentliyin mənbələrinin sözlərinə görə, planın məqsədi alyansın “NATO ərazisinə mümkün müdaxiləyə” necə cavab verəcəyini aydınlaşdırmaqdır.

Qrinkeviçin rəsmi nümayəndəsi sənədi şərh etməkdən imtina edib və yalnız NATO-nun “müstəsna olaraq müdafiə xarakterli” alyans olduğunu bildirib. “Müttəfiq Qüvvələrin Ali Baş Komandanının qələbə nəzəriyyəsi sadədir: NATO-nun üstünlüyünü qorumaq”, - deyə o bildirib.

Agentlik xatırladıb ki, NATO-nun baş katibi Mark Rutte daha əvvəl alyansın Rusiyanın NATO-ya üzv ölkələrə qarşı ənənəvi müharibə üsullarından istifadə etməklə hücuma hazırlaşdığına dair heç bir əlamət görmədiyini bildirib. O, yalnız Avropanın sözdə hibrid hücumlara hazır olmalı olduğunu qeyd edib. Bununla yanaşı, jurnalistlər qeyd ediblər ki, NATO-da müharibənin aparılmasının ümumi prinsipləri məlum olsa da, onların ictimaiyyətə açıq şəkildə çatdırılması nadir hallarda baş verir. Məqalənin müəllifləri hesab edirlər ki, yeni strategiya ilə bağlı belə açıqlıq ictimaiyyətə artan müdafiə xərclərinin hansı məqsədlərə yönəldiyini göstərmək cəhdi ola bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti