İranla Azərbaycan arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub

Dünya xəbərləri Press-reliz 5 Oktyabr 2026 14:12 (UTC +04:00)
İranla Azərbaycan arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın əhəmiyyəti qeyd olunub
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranla Azərbaycan arasında hüquq-mühafizə və təhlükəsizlik sahələrində əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün Tehranda İranın daxili işlər naziri İskəndər Momeni və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu arasında görüş baş tutub.

Görüşdə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu iki ölkənin müxtəlif sahələrdə münasibətlərinin inkişaf etdirilməsi ilə əlaqədar məlumat verib.

Bundan başqa İranın daxili işlər nazirinin Azərbaycana planlaşdırılan səfəri istiqamətində regional məsələlər haqda fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ötən həftə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkə rəsmiləri ilə geniş tərkibli görüşlər keçirib. Səfər çərçivəsində İran prezidenti Məsud Pezeşkian, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi və digər rəsmilərlə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti