Yəmən ordusu paytaxt Səna uğrunda döyüşlərə başlayıb

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 14:39 (UTC +04:00)
Yəmən ordusu paytaxt Səna uğrunda döyüşlərə başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yəmən hökumət qüvvələri Husilərin 2014-cü ildən bəri nəzarət etdiyi paytaxt Səna şəhərini ələ keçirmək üçün “strateji hücum” əməliyyatının başlanıldığını elan edib.

Bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.

“Silahlı qüvvələrimiz Sənaya qarşı strateji hücum əməliyyatına başlayıb”, - deyə briqada generalı Macid əl-Nuzeyli “X” sosial şəbəkəsində yazıb. “Strateji hücum əməliyyatında müasir imkanlardan istifadə edirik”, - deyə o bildirib.

Əl-Nuzeyli daha əvvəl yaydığı paylaşımda Yəmən hökumət ordusunun Babül-Məndəb boğazına “nəzarəti ələ keçirməyə nail olduğunu” və Taiz vilayətinin sahilyanı Dübab şəhərində yerləşən yaxınlıqdakı hava limanını geri aldığını bildirib.

Qeyd edək ki, hazırda Sənaya Husilər (Ənsar Allah hərəkatı) nəzarət edir. Onlar paytaxtı 21 sentyabr 2014-cü ildə ələ keçiriblər və həmin vaxtdan şəhərdə faktiki hakimiyyəti saxlayırlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti