Azərbaycandan İsveçrəyə neft ixracı 3 dəfə artıb

İqtisadiyyat Xəbər 5 Oktyabr 2026 15:49 (UTC +04:00)
Azərbaycandan İsveçrəyə neft ixracı 3 dəfə artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın İsveçrəyə neft ixracının həcmi 3 dəfə artıb.

Dövlət Gömrük Komitəsi tərəfindən dərc olunan xarici ticarətin gömrük statistikasına əsasən, yanvar-avqust aylarında Azərbaycandan İsveçrəyə 193,6 milyon dollar dəyərində 272,5 min ton bitumlu süxurlardan əldə olunan neft və neft məhsulları ixrac edilib.

Trend-in bu məlumatlar əsasında apardığı hesablamalara görə, göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 139,7 milyon dollar və ya 3,6 dəfə, həcm baxımından isə 182,8 min ton və ya 3 dəfə artıb. Hesabat dövründə İsveçrə Azərbaycan neftini idxal edən ölkələr arasında üçüncü yeri tutub.

Ötən ilin yanvar-avqust aylarında Azərbaycandan İsveçrəyə 53,9 milyon dollar dəyərində 89,7 min ton bitumlu süxurlardan alınan neft və neft məhsulları ixrac edilib.

Qeyd edək ki, Azərbaycanın neft ixracı bu ilin 8 ayında dəyər ifadəsində 10,6 faiz artıb. Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, yanvar-avqust aylarında Azərbaycandan digər ölkələrə 9,282 milyard dollar dəyərində 14,678 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib.

Qurumun məlumatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 886 milyon dollar və ya 10,6 faiz çoxdur. Bununla yanaşı, fiziki ifadədə göstərici 1,247 milyon ton və ya 7,8 faiz azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti