Bakı.Trend:
Rusiya pilotsuz uçuş aparatları ilə neytral sularda mülki gəmilərə hücum edib, gəmidə Azərbaycan vətəndaşları da olub.
Bu bu barədə Ukrayna Prezident Volodimir Zelenski rəsmi "Telegram" kanalında bildirib.
"Neytral sularda Türkiyəyə məxsus qarğıdalı daşıyan mülki gəmiyə iki Rusiya pilotsuz uçuş aparatının zərbə endirməsi dəhşətli hadisədir. Gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub. Təəssüflər olsun ki, gəminin kapitanının həlak olduğu müəyyənləşib. Başsağlığı verirəm. Daha bir nəfərin taleyi ilə bağlı məlumat dəqiqləşdirilir. Ekipajın 11 üzvünü xilas etmək mümkün olub, onlardan biri yaralanıb", - deyə Zelenski qeyd edib.
Zelenksinin sözlərinə görə, Ukrayna tərəfi dəfələrlə eskalasiyanın azaldılması və Qara dənizdə təhlükəsizliyin təmin olunmasına hədəflənmiş konkret addımlar təklif edib.
"Üçüncü ölkələr tərəfindən də müvafiq təkliflər irəli sürülüb. Lakin Rusiya normal gəmiçiliyin təmin olunması əvəzinə ardıcıl olaraq terroru və mülki gəmilərin batırılmasını (yolunu) seçir. Qlobal ərzaq təhlükəsizliyini bərpa etmək üçün təzyiq göstərilməlidir və bununla həqiqətən maraqlanan hər kəs buna kömək etməlidir", - deyə Zelenski vurğulayıb.
