Sarkiskyana qarşı yeni ittihamlar irəli sürülüb

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 16:13 (UTC +04:00)
Sarkiskyana qarşı yeni ittihamlar irəli sürülüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanda təxminən 20 il əvvəl dövlət əmlakının özgəninkiləşdirilməsi zamanı mümkün qanun pozuntularınına yol verilməsi ilə bağlı cinayət işi başlanılıb.

Ermənistan KİV-ə görə, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Söhbət Araqatsotn vilayətinin Kasax dərəsi ərazisində yerləşən “Van Lake Paradise” restoran kompleksindən və ona bitişik 2,56 hektar torpaq sahəsindən gedir.

Prokurorluğun məlumatına görə, dövlət əmlakının özgəninkiləşdirilməsinə o vaxtkı müdafiə naziri Serj Sarkisyanın məruzəsi əsasında hökumətin 18 mart 2004-cü il tarixli 337-A saylı qərarı ilə icazə verilib. Əmlakın fiziki şəxsə birbaşa 500 min dollara satılmasına qərar verilib.

Bununla yanaşı, 1997-ci ildə əmlak artıq 500 min dollar dəyərində qiymətləndirilib, kompleks genişləndirildikdən və abadlaşdırıldıqdan sonra isə 26 aprel 2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən onun ləğvetmə dəyəri 700 min dollar təşkil edib.

Prokurorluq torpaq sahəsi ilə bağlı da qanun pozuntuları müəyyən edib. Torpaq sahəsinin icarə hüququ hüquqi və müqavilə əsasları olmadan fiziki şəxsin sərəncamında saxlanılıb və bu, sonradan həmin şəxsin torpağı əvəzsiz olaraq mülkiyyətinə keçirməsinə imkan verib. Torpağın kadastr dəyəri 115,8 milyon dram (təxminən 317 min dollar) təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti