Türkiyədə "AJet" təyyarəsində bomba xəbərdarlığı ilə bağlı yoxlama başlanıb

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 23:57 (UTC +04:00)
Türkiyədə "AJet" təyyarəsində bomba xəbərdarlığı ilə bağlı yoxlama başlanıb

Bakı. Trend:

"AJet" aviaşirkətinin Ankaradan Şanlıurfaya uçan sərnişin təyyarəsində göyərtədə bomba olması barədə kağız yazısının aşkarlanması ilə əlaqədar yoxlama başlanıb.

Bu barədə "CNN Türk" televiziya kanlı məlumat yayıb.

Hazırda hadisə yerində partlayıcı maddələr üzrə mütəxəssislər işləyir, sərnişinlər təxliyə edilib. Yoxlama bir müddət davam edəcək, həmçinin sərnişinlərin bütün baqajları yoxlanılacaq. Təyyarənin eniş etdiyi Şanlıurfa hava limanı müvəqqəti olaraq reyslərə xidmət göstərmir.

“Bomba olması barədə kağız yazısı tualetdə tapılıb. Hazırda hava gəmisinə baxış keçirilir. Şanlıurfa hava limanı hazırda reysləri qəbul etmir və yola salmır. Bununla bağlı NOTAM bildirişi yayımlanıb”, - deyə Şanlıurfa vilayətinin qubernatoru Həsən Şıldak telekanalın efirində bildirib.

Qubernator daha əvvəl X sosial şəbəkəsində yazıb ki, "AJet" aviaşirkətinin təyyarəsi Ankaradan Şanlıurfaya 4180 saylı reysi yerinə yetirib. Təyyarə saat 20:05-də Şanlıurfa GAP hava limanına eniş edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti