Yəmən hökuməti qüvvələri Moha şəhərinə nəzarəti yenidən bərpa edib

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 21:51 (UTC +04:00)
Yəmən hökuməti qüvvələri Moha şəhərinə nəzarəti yenidən bərpa edib

Bakı. Trend:

Beynəlxalq səviyyədə tanınan Yəmən hökumətinin qüvvələri daha əvvəl husilər tərəfindən ələ keçirilmiş Qırmızı dəniz sahilində yerləşən Moha liman şəhərinə nəzarəti yenidən bərpa etdiklərini bildiriblər.

Bu barədə "Al Jazeera" televiziya kanalı məlumat yayıb.

“Millət Qalxanı” qüvvələri, “Nəhənglər Briqadası” birləşmələri və Tihamə Müqaviməti xalq könüllü dəstələrinin dəstəyi ilə husilərin silahlı dəstələri ilə şiddətli döyüşlərdən sonra Taiz şəhərinin qərbində yerləşən Mohaya nəzarəti ələ keçiri.”, - deyə Yəmən ordusunun media mərkəzinin X sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, sentyabrın 10-da husilər Yəmənin Babül-Məndəb boğazına çıxışı olan sahilyanı rayonlarına hücum zamanı Mohanı ələ keçiriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti