Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib (FOTO)

Hadisə Xəbər 5 Oktyabr 2026 23:28 (UTC +04:00)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onmərtəbəli yaşayış binasında baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 143 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kvadratmetr sahədə və şaxtasında 15 p.m elektrik kabeli yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Xəsarət alan olmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti