Fransanın "Şarl de Qoll" təyyarədaşıyan gəmisində yanğın baş verib

Dünya xəbərləri Xəbər 5 Oktyabr 2026 22:28 (UTC +04:00)
Fransanın "Şarl de Qoll" təyyarədaşıyan gəmisində yanğın baş verib

Bakı. Trend:

Fransanın Tulon şəhərindəki hərbi-dəniz bazasında texniki xidmət üçün saxlanılan “Şarl de Qoll” təyyarədaşıyan gəmisində yanğın baş verib.

Bu barədə “Le Figaro” qəzeti yazıb.

“Gəminin heyəti dərhal yanğının söndürülməsinə başlayıb”, - deyə nəşr Aralıq dənizi zonasının dəniz prefekturasının məlumatına istinadən xəbər verib.

Tulon bazasının yanğınsöndürənləri də hadisə yerinə cəlb olunub. Yanğın lokallaşdırılıb və təxminən 1 saat 15 dəqiqə ərzində tamamilə söndürülüb.

Yanğın aviasiya anqarının yaxınlığında yerləşən texniki sahədə baş verib. Gəmi avqustun sonundan dekabrın əvvəlinədək texniki xidmət üçün öz limanında körpüdə saxlanıldığından, anqarda aviasiya texnikası yoxdur.

“Yanğının ehtimal olunan səbəbi qaz məşəli ilə metal kəsmə işlərinin aparılması olub”, - deyə dəniz prefekturasından bildirilib. “Hadisə yerində qəza-xilasetmə qrupları Marsel dəniz yanğınsöndürənləri batalyonunun dəstəyi ilə fəaliyyətlərini davam etdirirlər.”

Məqalədə:

Xəbər lenti

Xəbər lenti