İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Dünya xəbərləri Xəbər 6 Oktyabr 2026 03:56 (UTC +04:00)
İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Bakı. Trend:

İsrail Qolan təpələrində mövqelərini möhkəmləndirmək məqsədilə yeni müdafiə xətti qurur.

Bu barədə “The National” qəzeti İordaniya təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Sufa-53” adlandırılan xətt Dəməşqin qərbindən İordaniya sərhədinədək uzanacaq. Buraya yol, maneələr, müşahidə məntəqələri və atəş mövqeləri daxil olacaq. İsrail layihəyə 2022-ci ildə başlayıb. Məqsəd “Hizbullah” və digər qrupların əraziyə keçməsinin qarşısını almaqdır.

Dəməşq İsraili sərhəddə tikinti işləri aparmaqla 1974-cü il sazişini pozmaqda ittiham edib. Qətər və İordaniya da oxşar mövqe açıqlayıblar.

Qolan təpələri İsrail və Suriya arasında mübahisəli ərazi olaraq qalır. İsrailin 1981-ci ildə ərazini ilhaq etməsi beynəlxalq ictimaiyyətin böyük hissəsi tərəfindən tanınmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti