Qəddafinin qızı Liviya dövlətinin başına gələ bilər

Dünya xəbərləri Xəbər 6 Oktyabr 2026 17:55 (UTC +04:00)
Qəddafinin qızı Liviya dövlətinin başına gələ bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin qızı Aişə ölkənin gələcəkdə rəhbəri postuna ən arzuolunan namizədin müəyyənləşdirilməsi ilə bağlı qeyri-rəsmi sorğuda birinci yeri tutub.

Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, sentyabr ayında keçirilən ictimai sorğuda 549 mindən çox iştirakçıdan 141 502-si Aişə Qəddafiyə səs verib. O, ən yaxın rəqibini 30 mindən çox səslə qabaqlayıb. Təşkilatçılar vurğulayıblar ki, səsvermə qeyri-rəsmi xarakter daşıyıb və seçki və ya referendum olmayıb.

Bununla yanaşı, keçmiş Liviya liderinin bir neçə tərəfdar qrupu Aişəni qardaşı Seyf əl-İslam Qəddafinin ölümündən sonra hərəkatın rəhbərliyini üzərinə götürməyə çağırıb. Xüsusilə, “Fezzan qadınları” təşkilatı onun namizədliyini dəstəklədiyini açıqlayıb. Seyf əl-İslamla əlaqəli “Xalq Milli Hərəkatı” isə Aişə Qəddafini əvvəlki rejimin tərəfdarlarının yeni lideri kimi tanıdığını bəyan edib.

Qəbilələr Ali Şurasının üzvü Əşrəf Abdel Fəttah “Al Hadath” telekanalına bildirib ki, əvvəlki rejimin tərəfdarlarının əhəmiyyətli hissəsi Qəddafinin qızını hərəkatın rəhbərliyi üçün ən uyğun namizəd hesab edir. Bununla yanaşı, o qeyd edib ki, belə bir siyasi rolu üzərinə götürüb-götürməmək barədə qərarı Aişənin özü verməlidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti