Almaniyanın biznes ictimaiyyəti Ələt limanında multimodal terminalların tikintisi üzrə iki layihəni müzakirə edir

İqtisadiyyat Xəbər 6 Oktyabr 2026 14:19 (UTC +04:00)
Almaniyanın biznes ictimaiyyəti Ələt limanında multimodal terminalların tikintisi üzrə iki layihəni müzakirə edir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Almaniyanın biznes ictimaiyyəti Azərbaycanın Ələt limanında multimodal terminalların tikintisi üzrə iki layihəni müzakirə edir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Nərgiz Vik Bakıda keçirilən Almaniya-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.

Qeyd edək ki, Bakıda Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) təşkilatçılığı ilə “Almaniya-Azərbaycan: Strateji Tərəfdaşlıq və Bağlantılar ” mövzusunda konfrans keçirilir. Tədbirdə Almaniya və Azərbaycanın dövlət qurumlarının, biznes dairələrinin və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak edirlər.

Konfrans Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsallaşma layihələri üçün maliyyələşmənin səfərbər edilməsinə həsr olunub.

Proqrama həmçinin Orta Dəhlizin inkişafı, investisiyaların cəlb edilməsi, yaşıl enerji, dövlət-özəl tərəfdaşlığı, rəqəmsal transformasiya və kibertəhlükəsizlik məsələləri üzrə panel müzakirələri və B2G dəyirmi masaları daxildir. Konfrans Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsinə, həmçinin infrastruktur, enerji, nəqliyyat, logistika və rəqəmsallaşma sahələrində yeni tərəfdaşlıqların formalaşdırılmasına yönəlib.

Xəbər yenilənir

Məqalədə:

Xəbər lenti

Xəbər lenti