Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkənin B-1 strateji bombardmançı təyyarələrinin Böyük Britaniyadakı “Fairford” aviabazasından çıxarılmasının səbəbini onlara qarşı mövcud təhdidlərlə əlaqələndirib.
Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən təyyarələrin bazadan çıxarılmasının təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, təhdidlərin İranla əlaqəli olduğuna inanmaq üçün əsas var.
Sentyabrın 27-də “Fairford” aviabazası yaxınlığında beş nəfər saxlanılıb. Onlar əvvəlcə partlayıcı maddələr və terrorla mübarizə qanunvericiliyini pozmaqda şübhəli biliniblər. Lakin polis daha sonra onların mikroavtobusunda partlayıcı maddə aşkarlanmadığını bildirib.
Pentaqon oktyabrın 4-də “Fairford”da yerləşdirilən bütün B-1 bombardmançılarının ABŞ-yə qaytarıldığını təsdiqləyib.