Bakı. Trend:
"Comex" birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 2026-cı il sentyabrın 28-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 150 dollardan aşağı düşüb.
Bu barədə ticarət platformasının məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 05:35-ə olan məlumata görə, qızılın qiyməti 0,76% azalaraq bir troya unsiyası üçün 4 130,7 dollar təşkil edib.
Saat 05:44-də fyuçersin qiymətindəki azalma 0,33%-dək zəifləyib və qiymət bir troya unsiyası üçün 4 148,6 dollara çatıb.