Keniyada Ebola virusuna ilk yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Xəbər 6 Oktyabr 2026 13:14 (UTC +04:00)
Keniyada Ebola virusuna ilk yoluxma halı qeydə alınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Keniya Səhiyyə Nazirliyi ölkədə ilk Ebola virusu infeksiyasının qeydə alınması faktını təsdiqləyib.

AP-nin məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Aden Duale məlumat verib.

Onun sözlərinə görə, şənbə günü Uqanda vasitəsilə Konqodan Keniyaya gələn ölkə vətəndaşı təcrid olunaraq Nayrobi xəstəxanasında müalicəyə cəlb edilib. Hemorragik qızdırma ilə əlaqəli simptomlar inkişaf etdikdən sonra aparılan test nəticəsində onun Ebola virusuna yoluxduğu təsdiqlənib.

Xəstə müalicə aldığı vaxt bazar ertəsi gecə vəfat edib.

Səhiyyə orqanları ərazidə yüksək hazırlıq rejimi elan edib və mümkün əlavə yoluxma hallarını müəyyən etmək məqsədilə monitorinq aparır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti