Bakı. Trend:
Bakıda restoranda yanğın olub.
Trend-in məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsində yerləşən “Ukrainian Soloha” restoranında baş verib.
Yanğının baş verdiyi iaşə obyekti binanın birinci mərtəbəsində yerləşir. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbi araşdırılır.
