Bakı.Trend:
Fizika üzrə Nobel mükafatının laureatı elan edilib.
Bu barədə "Nobel Prize" sosial şəbəkə hesablarında məlumat dərc olunub.
2026-cı il üzrə fizika sahəsində Nobel mükafatı belçikalı-amerikalı fizik Fransis Haltsenə veriləcək . Alim “IceCube neytrino rəsədxanasının fəaliyyətinə həlledici töhfəsinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, Nobel mükafatı laureatlarının təltifetmə mərasimi dekabrın 10-da İsveçin Stokholm şəhərində keçiriləcək.
