ABŞ Çinin nüvə obyektlərində təftişlər apara bilər

Dünya xəbərləri Xəbər 6 Oktyabr 2026 15:35 (UTC +04:00)
ABŞ Çinin nüvə obyektlərində təftişlər apara bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ və Çin qarşılıqlı şəkildə bir-birinin nüvə obyektlərində təftişlərin aparılmasına başlanılması imkanını müzakirə etməyə başlayıblar.

Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası qarşıdakı aylarda bu təşəbbüsün irəli aparılması məqsədilə bir sıra görüşlər keçirmək niyyətindədir. Telekanalın həmsöhbətlərindən biri bildirib ki, qarşılıqlı təftişlərin keçirilməsi ideyasını bu il ilk dəfə Çin tərəfi irəli sürüb.

CNN qeyd edib ki, rəsmi şəxslər arasında müzakirələr əsasən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin görüşləri çərçivəsində aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti