Bakı. Trend:
Xaçmaz Dəmiryol Vağzalının 124 yaşlı binasının əsaslı təmiri başa çatıb
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binada kompleks yenidənqurma işləri aparılıb. Təmir zamanı vağzalın orijinal görünüşü saxlanılıb.
Tarixi binanın yenilənməsi onun memarlıq xüsusiyyətlərinin qorunması ilə həyata keçirilib.
Qeyd edək ki, bu ilin iyun ayında ADY Xaçmaz Dəmiryol Vağzalının tarixi binasında əsaslı təmir və kompleks yenidənqurma işlərinin aparıldığını açıqlanıb.
